Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dağıstan azərbaycanlılarının nümayəndəsi və ailəsi koronavirusa yoluxdu

21 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiyanın Dağıstan Respublikasının Dərbənd şəhər dairəsi rəhbərinin azərbaycanlılarla iş üzrə səlahiyyətli nümayəndəsi Qani Panayev və ailəsi koronavirusa yoluxub.

Bunu açıqlamasında Qani Panayevin özü bildirib.

“Ailə üzvlərim 10 gündən çoxdur xəstələnib. Özüm daha əvvəl virusun daşıyıcısı olmuşam, amma bunu hiss etməmişəm və ailə üzvlərimi də yoluxdurmuşam”, - səlahiyyətli nümayəndə deyib. 

O, koronavirusa Rusiyanın Azərbaycanla sərhədyanı bölgəsində Azərbaycanla sərhədin açılmasını gözləyən insanlarla sıx təmasdan yoluxduğunu açıqlayıb: “İnsanlarla sıx təmasda olurdum, düşünürdüm ki, bu xəstəlik mənə keçməyəcək. Sonuncu dəfə mayın 19-da 120 nəfər azərbaycanlını Azərbaycana yola salandan sonra halım pisləşdi. Həkimə müraciət etdim, o mənə koronavirus diaqnozu qoydu. Ailəmdə həyat yoldaşım, oğlum, iki qızım, anam və gəlinim xəstədirlər. Mənim immunitetim yaxşı olduğuna görə bu müddət ərzində sağlamlığımda hər hansısa narahatlıq hiss etməmişəm, oruc tutandan, yəni orqanizmim zəifləyəndən sonra xəstəliyi hiss etməyə başladım. Hazırda özüm ailədən ayrı qalıb müalicə olunuram. Xəstəxanalardakı şəraitsizlikdən dolayı ora müraciət etməmişik. Hazırda hərarətimiz var, temperaturumuz 37,2 dərəcədən aşağı düşmür”.

Q.Panayev koronavirus pandemiyası ilə əlaqədar Rusiyanın müxtəlif regionlarından Dağıstana toplaşan və Azərbaycanla sərhədin açılmasını gözləyən azərbaycanlıların problemləri ilə kimin məşğul olduğuna da aydınlıq gətirib.

“Bunu Dağıstanın prezidentinə tapşırıblar, o isə, öz növbəsində, Dərbəndin icra hakiminə göstəriş verib. Onlar bu işi mənimlə əlaqə saxlayaraq edirlər. Hazırda Dərbəndin icra hakimiyyəti azərbaycanlılara kömək edir”, - o vurğulayıb.

Report

Oxşar xəbərlər
OTACI