Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nazirlik Bakıda kəsildiyi deyilən ağacla bağlı məlumat yaydı

21 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 1B ünvanında ağacın kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət araşdırılıb. 

Nazirlikdən Press.az-a verilən məlumata görə, araşdırma zamanı sözügedən ünvanda güclü külək nəticəsində qovaq ağacının aşdığı müəyyən edilib. 

Aşan qovaq ağacı Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən doğranaraq, ərazidən yığışdırılıb. 

Xatırladaq ki, Milli Hidrometeorologiya Xidməti mayın 17-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi barədə əvvəlcədən məlumat vermişdi.

Oxşar xəbərlər
OTACI