logo
First slide

Şirvan şəhərindəki reabilitasiya müəssisəsi əsaslı təmir olunacaq

21 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şirvan şəhərindəki reabilitasiya müəssisəsi yaxın aylarda əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Press.az-a verilən məlumata görə, əlilliyi olan şəxslər üçün reabilitasiya infrastrukturunun təkmilləşdirilməsi işləri çərçivəsində Şirvan şəhərindəki əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzində də əsaslı təmir və yenidənqurma işləri aparılır.

Burada müasir tələblərə uyğun reabilitasiya şəraiti yaradılır. Müəssisədə sınanmış fizioterapevtik metodlardan və müasir avadanlıqlardan istifadə edilməklə əlilliyi olan şəxslərə kompleks bərpa xidmətləri göstəriləcək.

Şirvan şəhərində və ətraf rayonlarda yaşayan əlilliyi olan şəxslər üçün nəzərdə tutulan mərkəzdə əsaslı təmir və yenidənqurma işləri artıq başa çatmaq üzrədir və müəssisənin yaxın aylarda istifadəyə verilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər