Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Texas rəhbərliyi “Azərbaycan Günü” ilə bağlı bəyannamə yaydı

21 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ-ın energetika mərkəzi olan və çoxsaylı soydaşımızın yaşadığı Texas ştatında "Azərbaycan Günü"nün elan olunması ilə bağlı bəyannamə hazırlanıb.

Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyindən verilən məlumata görə, ştatın dövlət katibi Rut Hyuz ADR-in yaradılmasının 102-ci ildönümü ilə əlaqədar Azərbaycana rəsmi təbrik bəyanatı ünvanlayıb.

R.Hyuz imzaladığı bəyanatda 2020-ci il 28 may tarixini Azərbaycanın Milli Günü elan edərək müstəqil ölkəmizə üçün ən xoş arzularını çatdırıb. Eyni zamanda bu münasibətlə Texas ştatının 102-ci ildönümünü bayram etmək üçün Azərbaycana qoşulduğunu deyərək əcdadlarımızın demokratiyanın yayılması üçün verdiyi töhfələri unutmamağa və qeyd etməyə çağırıb.

Report

Oxşar xəbərlər
OTACI