Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Fransada koronavirus qurbanlarının sayı 28 mini ötüb

20 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Son sutka ərzində Fransada koronavirusdan daha 110 nəfər ölüb.

Press.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkə Səhiyyəsinin Baş İdarəsi məlumat yayıb.

Qeyd edilir ki, bununla da koronavirus qurbanlarının sayı 28 132 nəfərə çatıb.

Məlumatlara görə, 17 812 insan xəstəxanalarda, 10 320 nəfər sosial və tibbi-sosial müəssisələrdə virusdan ölüb.

"Hazırda xəstəxanalarda 17 941 nəfər müalicə edilir, halbuki bir həftə öncə 21 071 xəstəxanaya yerləşdirilmişdi. Son bir gün ərzində daha 432 nəfər xəstəxanaya yerləşdirilib", - idarədə qeyd ediblər. 

Hazırda xəstəxanaların reanimasiya şöbələrində 1 794 nəfər müalicə olunur.

Epidemiyanın başlanğıcından koronavirusdan 63 354 nəfər sağalıb və xəstəxanalardan buraxılıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Oxşar xəbərlər
OTACI