Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gizli şəkildə fəaliyyət göstərən limonad sexi aşkarlandı - VİDEO

20 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gəncədə anti-sanitar şəraitdə qanunsuz limonad istehsalı ilə məşğul olan müəssisə aşkar edilib.

Qida Təhlükəsizliyi Agentliyinin Gəncə Regional Bölməsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı şəhərin Məhsəti qəsəbəsində Balakişi Verdiyevə məxsus sexdə “Üç Bulaq” adı altında istehsal olunan limonad məhsullarının gigiyenik tələblərə cavab vermədiyi, sanitar norma və tələblərin pozularaq hazırlandığı ortaya çıxıb.

Aparılan monitorinq nəticəsində məlum olub ki, limonad şüşələri məişət tullantılarının atıldığı ərazilərdən yığılır, sexdə yuyularaq yenidən istehsala buraxılır. Gizli şəkildə fəaliyyət göstərən sexin gündəlik istehsal gücü təxminən 800 şüşə təşkil edib və limonadlar şəhərin müxtəlif ticarət mərkəzlərinə, marketlərinə paylanılıb. Artıq içkilərin satışdan çıxarılması prosesinə başlanılıb.

Reyd nəticəsində limonad sexinin fəaliyyəti məhdudlaşdırılıb və avadanlıqlar möhürlənib.

Oxşar xəbərlər
OTACI