Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Mübariz Qurbanlı: "COVID-19-a görə dini ayinlər evdə keçirilir"

20 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Koronavirusla əlaqədar dünyanın bütün ölkələrində dini məbədlərin fəaliyyəti məhdudlaşdırılıb. İnsanlara da dini ayinləri evlərində keçirmələri tövsiyə olunub və onlar da buna riayət edirlər. Hər kəs başa düşür ki, kütləvilik virusun yayılmasına səbəb ola bilər”.

Press.az xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Yeni TV"yə müsahibəsində deyib.

Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin Ramazan ayı ilə bağlı verdiyi fətvada da dini ayinlərin evdə keçirilməsi qeyd olunub: “Bütün işlər də buna uyğun icra olunur”.

Oxşar xəbərlər
OTACI