Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu il Azərbaycan istehsalı avtobusların ilk buraxılışı gözlənilir

20 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hacıqabul Sənaye Məhəlləsində avtobus və yük avtomobilləri istehsal edəcək zavodun inşası bitmək üzrədir.

Bunu açıqlamasında “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.

Onun sözlərinə görə, artıq zavodda avadanlıqların quraşdırılması gözlənilirdi: “Lakin bütün dünyada yayılmış koronavirus pandemiyasına görə avadanlıqların quraşdırılması təxirə salındı. İyunda avadanlıqların quraşdırılması ilə bağlı tarixlər dəqiqləşdiriləcək. Bu ilin sonuna qədər isə zavodda avtobusların ilk buraxılışı gözlənilir”.

Xatırladaq ki, 2019-cu il aprelin 19-da Hacıqabul Sənaye Məhəlləsində "Azərmaş Sənaye" MMC-nin avtobus və yük avtomobillərinin istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib. Bu layihədə 25%-i “Azərmaş”a, 75%-i isə “Kartal Az”a məxsusdur. 

Layihənin ümumi dəyəri 10 milyon avro təşkil edir. Birinci mərhələdə 6 milyon avro, ikinci mərhələ üzrə isə 4 milyon avro yatırılması planlaşdırılır. Zavodda ilkin mərhələdə 500 ədəd, ikinci mərhələdə 1 000 ədəd avtobus və yük avtomobilləri istehsal olunacaq. Bir ədəd avtobusun qiyməti modelindən asılı olaraq 135-200 min avro, yük avtomobilinin qiyməti 70-90 min avro təşkil edəcək. 

Report

Oxşar xəbərlər
OTACI