Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Laçın” tankeri ilk səfərinə çıxıb

20 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) gəmiqayırma zavodunda inşa edilən və ilk milli istehsal olan “Laçın” tankeri ilk səfərinə çıxıb.

Press.az-ın SOCAR-a istinadən məlumatına görə, dizel yanacağı ilə yüklənmiş tanker Bakı limanından Gürcüstanın Kulevi limanına yola düşüb. Gəmi oradan Türkiyəyə hərəkət edəcək.

Tanker Qara və Aralıq dənizləri hövzələrində maye yükdaşımaları həyata keçirəcək. Gəminin heyəti 14 nəfərdən ibarətdir. Onun uzunluğu 141 metr, eni 16,9 metr təşkil edir.

Qeyd edək ki, “Laçın” tankerinin istismarına başlanması ilə Xəzər dənizindən kənarda üzən gəmilərinin sayı 15-ə çatıb. Onlardan 12-si quru yük gəmisi, 3-ü tankerdir.

Oxşar xəbərlər
OTACI