Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Magistr dissertasiyasının müdafiəsi götürülməyib

20 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Magistr dissertasiyasının müdafiəsi qüvvədə qalır. Çünki daha uzunmüddətli prosesdir".

Press.az xəbər verir ki, bu fikirləri Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə" Qərarı ilə bağlı sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, magistarura səviyyəsini bitirənlərin çoxu sonradan doktoranturada təhsil üçün müraciət edir: "Bunu nəzərə alaraq dissertasiya müdafiəsi nəzərdə tutulub. Magistr dissertasiyasının müdafiəsi üzrə ixtisaslaşmış şuralar təqvim ilinin sonuna qədər fəaliyyət göstərirlər. Hər hansı səbəbdən magistr iyun-iyul aylarında müdafiədə iştirak edə bilməsə, avqust-sentyabr ayında da müdafiəsini edə bilər". 

Oxşar xəbərlər
OTACI