Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Akademik borcu olmayan tələbə attestasiyadan keçmiş sayılacaq - RƏSMİ

20 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Nazirlər Kabinetinin qərarına əsasən, əgər tələbə tədris planını tamamlayıbsa və akademik borcu yoxdursa, attestasiyadan keçmiş sayılacaq".

Press.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə" qərarı ilə bağlı sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, attestasiya tələbələrin ümumi orta müvəffəqiyyət göstəricisinə əsasən aparılacaq: “Bəzi ixtisaslarda buraxılış işinin müdafiəsi var ki, tələbə buraxılış işini universitetə təqdim etməlidir. Əgər tələbə buraxılış işini təqdim edib və ona təklif olunan ümumi orta müvəffəqiyyət göstəricisi onu qane etmirsə, onun hüququdur ki, universitetə müraciət etsin. Bundan sonra tələbə qiymətini yaxşılaşdırmaq üçün buraxılış işini müdafiə edə biləcək”.

Oxşar xəbərlər
OTACI