Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şagirdlərə attestatların verilməsi ilə bağlı AÇIQLAMA

20 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərinin şagirdlərinə attestatların nə zaman veriləcəyi bəlli deyil.

Press.az xəbər verir ki, bunu Trend-ə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdirinin müavini Orxan Abbasov deyib.

Onun sözlərinə görə, buraxılış sinif şagirdlərinə attestatların verilməsi daha çox buraxılış imtahanlarının keçiriləcəyi vaxtdan asılıdır:

“Bu məsələdə əsas qurumlardan biri Dövlət İmtahan Mərkəzidir. Çünki buraxılış imtahanı onlar tərəfindən həyata keçirilir. Təbii ki, şagirdlərin növbəti pillədə təhsilini davam etdirməsi üçün bu sənədin olması tələb edilir. Ancaq valideynlərin də təşvişə düşməsinə ehtiyac yoxdur. Bütün məsələlər nəzərə alınır və bunun əsasında növbəti mərhələ üçün addımlar planlaşdırılır. Baş verəcək bütün proseslər barədə ictimaiyyətə ətraflı məlumat veriləcək. Əsas olan budur ki, bu məsələ şagirdlərin təhsilini davam etdirməsi üçün heç bir maneə yaratmayacaq”.

Oxşar xəbərlər
OTACI