logo
First slide

Azərbaycandan Qazaxıstana 43 nəfər yola salındı

20 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Koronavirus pandemiyası ilə bağlı sərhədlərin bağlanması səbəbindən Azərbaycanda qalan 35 nəfər Qazaxıstan və bu ölkədə yaşamaq icazəsi olan 7 nəfər Azərbaycan, 1 nəfər Rusiya vətəndaşı dəniz yolu vasitəsilə Qazaxıstana yola salınıb.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyindən Press.az-a verilən məlumata görə, xüsusi karantin rejimində tətbiq olunan yumşalmalar və iki ölkə arasında əldə olunan razılıq əsasında sərnişinlər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Professor Gül” gəmi-bərəsi ilə 19 may saat 22:30-da Ələt qəsəbəsində yerləşən Bakı limanından Kurık limanına göndərilib.

Sərnişinlərin hər biri yola salınmazdan öncə koronavirusa qarşı testdən keçiblər. Həmin şəxslərdə koronavirus aşkar edilməyib. Sərnişinlərin test xərclərini ASCO üzərinə götürüb.

Oxşar xəbərlər