Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İtaliya A Seriyası ilə bağlı gözlənilməz qərar

19 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İtaliyada idman yarışlarının keçirilməsinə qoyulan qadağanın müddəti iyunun 14-dək uzadılıb.

Press.az xəbər verir ki, bu barədə İtaliyanın baş naziri Cüzeppe Konte yeni qərar imzalayıb.

Daha öncə Seriya A-nın iyunun 13-də bərpa olunacağı açıqlanmışdı. Yerli mətbuatın verdiyi xəbərə görə, belə olan halda çempionat növbəti həftə - iyunun 20-də qaldığı yerdən davam etdiriləcək.

İtaliyada yerli liqalar martın 9-da keçirilən 26-cı turun son oyunlarının ardından koronavirusa görə dayandırılıb.

Komandalara mayın 4-dən etibarən fərdi qaydada, ayın 18-dən isə kollektiv məşq etməyə icazə verilib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI