logo
First slide

Sinqapurun dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

19 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sinqapur Respublikasının Prezidenti xanım Həlimə Yaqub Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Press.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sinqapur xalqı adından Sizə və xalqınıza səmimi təbriklərimi, ölkənizin və xalqınızın rifahı və əmin-amanlığı naminə ən xoş arzularımı çatdırıram. COVID-19 pandemiyasının bütün dünyada yayıldığı bir vaxtda birgə səy göstərilməsinə və daha geniş beynəlxalq əməkdaşlığa zərurət vardır. Sinqapur pandemiyanın təsirinin yumşaldılması, qlobal ticarət və məhsul təchizatı zəncirindəki əlaqələrə dəyən ziyanın azaldılması məqsədilə beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlığı davam etdirəcəkdir".

Oxşar xəbərlər