Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Çelsi"nin futbolçusu saxlanıldı

19 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Çelsi”nin futbolçusu Kallum Hadson-Odoi polis tərəindən saxlanılıb.

Press.az Britaniya mətbuatına istinadən xəbər verir ki, gənc futbolçu qadına təcavüzdə günahlandırılıb.

Mayın 17-də 19 yaşlı hücumçu evində bir modeli zorlayıb. Gecə saatlarında halı pisləşən qadın futbolçunun evinə polis və təcili yardım çağırıb.

Xanım xəstəxanaya, Hadson-Odoi isə polis bölməsinə aparılıb. Polisin açıqlamasında bildirilib ki, həkimlər vəziyyəti yaxşı olmayan qadının təcavüzə məruz qaldığını söyləyib. Futbolçu isə girov müqabilində sərbəst buraxılıb.

"Çelsi"dən bununla bağlı açıqlama verilməyib.

Qeyd edək ki, Kallum Hadson-Odoi mart ayında koronavirusa yoluxduğu üçün karantinə alınıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI