logo
First slide

Sumqayıtda avtomobilərldən oğurluq edən şəxslər tutulub

19 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sumqayıtda avtomobilərldən oğurluq edən şəxslər tutulub

Press.Az xəbər verir ki, Sumqayıt ŞPİ 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 15-də şəhər ərazisində bir avtomobildən pul və bank kartları oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Q.Kərimov saxlanılıb.

Bundan başqa, 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 17-də “Toyota” markalı avtomobildən 800 manat pul oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş V.Abbasov saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

Oxşar xəbərlər