Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Regionlardan şəhərlərə gəlişə qoyulan qadağa hələ də qüvvədədir - RƏSMİ

19 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Xüsusi karantin rejimi yumşaldılsa da, dörd şəhər və bir rayona giriş hələ də qadağandır”.

Press.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib:

“Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşerondakı postlar ləğv edilsə də, sözügedən şəhərlərin və rayonun inzibati ərazisinin sərhədlərində yerləşən polis postları fəaliyyətini davam etdirir. Bəzi insanlar karantin rejiminin yumşaldılması ilə bağlı verilən qərarları düzgün başa düşmür və istənilən istiqamətə gediş-gəlişin sərbəst olduğunu zənn edirlər.

Bildirirəm ki, Bakı, Sumqayıt, Gəncə, Lənkərandan, eləcə də Abşerondan respublikanın digər şəhər və rayonlarına gedişə icazə verilmir. Eləcə də, digər rayon və şəhərlərdən adıçəkilən ərazilərə qoyulan giriş qadağası xüsusi karantin rejimi bitənə qədər qüvvəsində qalacaq. Bəzən yaşlı nəslin nümayəndələri bu məqamlara diqqət etmirlər. Xahiş edirik ki, hər kəs karantin rejimi bitənə qədər tətbiq edilən qaydalara riayət etsin”.

Qeyd edək ki, karantin rejimi dövründə respublikanın digər şəhər və rayonlarına gediş-gəlişlə bağlı ilk gündən tətbiq edilən istisna hallar qüvvədədir. 

Oxşar xəbərlər
OTACI