Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda taksi sürücüsünə qarşı quldurluq edən şəxs tutulub

19 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda taksi sürücüsünə qarşı quldurluq edən şəxs tutulub

Press.Az xəbər verir ki, mayın 16-ı gecə saat 3 radələrində Abşeron rayonunun Gənclər şəhərciyi ərazisində, rayon sakini X.Quliyevin idarə etdiyi “Daewoo” markalı avtomobilə sərnişin qismində oturmuş şəxsin M.Ə.Rəsulzadə qəsəbəsinə gedəcəyini bildirməsi, həmin ünvanda isə sürücünü bıçaqla hədələyərək 20 manat pulunu alması barədə Binəqədi RPİ 4-cü polis şöbəsinə məlumat daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini S.Ağayev müəyyən edilərək, saxlanılıb.

Binəqədi RPİ İstintaq şöbəsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Oxşar xəbərlər
OTACI