Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nazirlik: Teledərslər bayram günlərində də yayımlanacaq

19 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Mədəniyyət” kanalında yayımlanan teledərslər mayın 23-dən 30-dək olan bayram günlərində də yayımlanacaq.

Bunu Press.az-a Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Nazirlik rəsmisi qeyd edib ki, teledərslərin sonuncu buraxılışı iyunun 12-də efirə gedəcək.

O, müəyyən olunan müddətdə proqramın tam əhatə olunacağını da söyləyib.

Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq, martın 3-dən ölkənin bütün təhsil müəssisələrində təlim-tədris dayandırılıb. Bu məqsədlə 11 mart tarixindən etibarən televiziya vasitəsilə teledərslər layihəsi adı altında dərslərə start verilib.

Oxşar xəbərlər
OTACI