Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Təhsil Nazirliyi buraxılış sinifləri üçün xüsusi teletədris proqramı hazırlayacaq

19 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Təhsil Nazirliyinin dəstəyi ilə buraxılış siniflərinin şagirdlərinə dəstək olaraq, onlar üçün teletədris formatında proqramın hazırlanaraq yayımlanması nəzərdə tutulur.

Press.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, teletədris proqramının tədris ili bitdikdən sonra yayımlanması nəzərdə tutulur.

C.Valehov qeyd edib ki, proqram teledərslərdən fərqlənəcək və fərqli format üzərində qurulacaq:

”Bu proqramda teledərslərdə olduğu kimi gündəlik mövzular barədə danışılmayacaq. Daha çox buraxılış sinif şagirdlərinə dəstək üçün onlara lazım olan istiqamətlər üzrə məlumatlar veriləcək. Bu proqram şagirdlərə qəbul imtahanlarına hazırlıq üçün də bir dəstək mexanizmi olacaq”.

Oxşar xəbərlər
OTACI