Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Çində yenidən sərt karantin rejimi tətbiq olundu

19 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Çin hökuməti ölkənin şimal-şərqində, Rusiya ilə sərhəddə 34 nəfərin koronavirusa yoluxmasından sonra Çzilin əyalətinin bir sıra yaşayış məntəqələrində sərt karantin tədbirləri tətbiq edib.

Press.az “TASS”a istinadən xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, bazar ertəsi günorta saatlarından etibarən ən çox yoluxmanın qeydə alındığı, 700 min nəfər əhalisi olan Şulan əyalətində ciddi məhdudlaşdırıcı tədbirləri yenidən gücləndirilib.

Əyalətin rəhbərliyinin açıqlamasında deyilir ki, koronavirusa yoluxmanın aşkar edildiyi kəndlərə və ya yaşayış məntəqələrinə heç kim daxil ola və tərk edə bilməz. Buranı tərk etmək istəyən hər kəs son 48 saatda verdiyi koronavirus testinin nəticələrini təqdim etməlidir. Bundan başqa, ailədən yalnız bir nəfər zəruri malları almaq üçün iki gündən bir evdən çıxa bilər.

Bölgədə koronavirus infeksiyasını Şulan şəhərinin ictimai təhlükəsizlik şöbəsindəki çamaşırxanada çalışan 45 yaşlı qadın yayıb. Həkimlər onun COVID-19-a yoluxduğunu mayın 7-də təsdiq ediblər. Lakin yoluxmanın mənbəyi şübhəli olaraq qalır. Çünki, son 73 gün ərzində qadın əyalətdən kənara çıxmayıb və virusa yoluxan şəxslərin heç biri ilə əlaqədə olmayıb.

Çin Dövlət Şurasının Baş nazirinin müavini Sun Çunlan vilayətə ezam edilib. O, yerli xəstəxanalara, icmalara baş çəkib, supermarket və aptekləri yoxlayıb. Qəzetin yazdığına görə, baş vermiş hadisə ilə əlaqədar olaraq vilayətin vəzifəli şəxsləri işdən azad edilib. 

Oxşar xəbərlər
OTACI