Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Yaqut Qarayeva: "İdman zallarını kafe və restoranlarla müqayisə etmək düzgün deyil"

18 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“İdman zalları qapalı məkanlarda yerləşir. Orada çoxlu insan aktiv idmanla məşğul olur. Bunu kafe və restoranlarla müqayisə etmək düzgün deyil. Aktiv idmanla məşğul olunan şəraitdə insanlarda tənəffüs də çox aktiv olur və tezləşir".

Press.az xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

"Maskada idman etmək fiziki olaraq çox çətin olar. Hər bir açılan müəssisə üçün xüsusi sanitar qaydalar hazırlayırıq. Düşünürük ki, orada yoluxmalar artmasın. İdman zallarında vasitələrdən istifadə olunur, hansı ki, təmasla virusun yoluxmasına səbəb ola bilər". -  o vurğulayıb

Oxşar xəbərlər
OTACI