Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Penalti vurmaq velosiped sürmək kimidir" - Nazarov

18 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Penaltini yerinə yetirmək velosiped sürmək kimidir. Sürməyi heç vaxt unutmursunuz”.

Press.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin və “Erzgebirge”nin üzvü Dmitri Nazarov Almaniya 2-ci Bundesliqasının 26-cı turunda “Sandhauzen”ə qalib gəldikləri (3:1) oyunla bağlı danışarkən deyib.

Klubun televiziyasına açıqlama verən 30 yaşlı yarımmüdafiəçi penaltidən qol vurduğu epizodu  dəyərləndirib: “Zərbəni yerinə yetirərkən özümdən əmin idim. Qayda pozuntusuna görə rəqibə qırmızı vərəqə göstərilməsindən çox vaxt keçmişdi, amma oyuna köklənə bildik və düşünürəm ki, qələbəyə layiq idik".

Nazarov azarkeşlər üçün darıxdığını da bildirib: “Oyun ərzində bir neçə dəfə maskadan istifadə etdim. Qaydalara əməl etməyə və özünü qorumağa çalışırsan. Qol sevincini qeyd edərkən də, qaydalara əməl etmək asan deyildi. Ümid edirəm ki, gələcəkdə qələbə sevincini azarkeşlərlə qeyd edəcəyik, onlara ehtiyacımız var".

Təcrübəli futbolçu maraqlı qol sevinci ilə bağlı isə bunları deyib: “Qol sevincindən sonra xoş mesajlar aldım, insanların üzlərində təbəssüm yaratdığıma görə sevindim. Hər kəs qol vurduqdan sonra özünəməxsus nə isə edə bilər. Bu hərəkət isə ağlıma anidən gəldi. Hamı mənə sms göndərərək, "gülümsə" dedi və təşəkkürlərini bildirdi".

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI