Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sağlamlıq imkanları məhdud uşaqlara onlayn qaydada sosial-psixoloji xidmətlər göstərilir

18 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Uşaq Bərpa Mərkəzi və Xüsusi Qayğıya ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar sağlamlıq imkanları məhdud uşaqlar üçün onlayn qaydada sosial-psixoloji xidmətlər göstərilir.

Press.az xəbər verir ki, bu xidmətlər Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin onlayn reabilitasiya xidmətləri ilə bağlı Tədbirlər Planına uyğun olaraq təşkil edilib.

Hər iki Mərkəzin mütəxəssisləri tərəfindən sağlamlıq imkanları məhdud uşaqlar üçün onlayn qaydada psixoloq, loqoped, sosial sensor və inteqrasiya xidmətləri, eyni zamanda dərnək məşğələləri təşkil olunur.

100-dək uşaq bu xidmətlərlə əhatə olunub. Bu xidmətlərin təşkilinə onların valideynləri də cəlb olunur və onlara övladlarının reabilitasiyası ilə bağlı zəruri məsləhət və tövsiyələr verilir.

Xüsusi rejimli karantin dövrü başa çatanadək uşaqlara onlayn formada sosial-psixoloji xidmətlərin göstərilməsi davam edəcək.

Oxşar xəbərlər
OTACI