Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bərdə sakinlərinin şikayətinə İcra Hakimiyyətindən CAVAB: “Bu məsələyə nəzarət olunacaq” - FOTO

18 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bərdə şəhərində Elçin Əsədov küçəsi, bina 8A-nın yaxınlığındakı ərazidə antisanitar vəziyyət yaranıb.

Bu barədə fotolar sosial şəbəkədə paylaşılıb.

Binanın sakinləri iddia edirlər ki, yaxınlıqdakı restoranların da tullantıları həmin əraziyə atılır. Zibillikdən yayılan üfunət bina sakinlərini narahat edir.

Məsələ ilə bağlı Bərdə Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Fuad Hacıyev açıqlamasında bildirib ki, məsələ ilə bağlı əraziyə baxış keçirilib:

“Sosial şəbəkədə paylaşılan fotoları görmüşük. Məsələ ilə bağlı əraziyə baxış keçirildi və məlum oldu ki, fotolar yeni deyil. Digər tərəfdən, ərazidəki zibilliklə bağlı sakinlər tərəfindən bizə də müraciətlər daxil olur. Müvafiq qaydada ərazidə zibil qutuları da qoyulub. Lakin zibillərin bina sakinləri deyil, gecə saatlarında ərazidən keçən şəxslər və digər küçələrdə yaşayan vətəndaşlar tərəfindən atıldığı deyilir”.

F.Hacıyev onu da əlavə edib ki, ərazidə yaşayan sakinləri narahat edən problemin həlli istiqamətində tədbirlər görüləcək:

“Ərazidə günlərlə zibil qala bilməz. Hər gün aidiyyəti üzrə ərazidən zibillər təmizlənir. Bu problemin tamamilə aradan qaldırılması üçün əraziyə bina sakinləri, eləcə də icra hakimiyyətinin nümayəndələri tərəfindən nəzarət ediləcək”.

Oxu.az

Oxşar xəbərlər
OTACI