Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DİN media nümayəndələrinə və sosial şəbəkə istifadəçilərinə müraciət edib

18 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov kütləvi informasiya vasitələrinin nümayəndələrinə və sosial şəbəkə istifadəçilərinə müraciət edib.

Press.az-ın məlumatına görə, müraciətdə deyilir:

"Kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələrindən və sosial şəbəkə istifadəçilərindən xahiş edirəm ki, daxili işlər orqanları əməkdaşlarının, o cümlədən Daxili Qoşunların hərbi qulluqçularının xidməti fəaliyyətinə dair qeyri rəsmi mənbələrdən əldə etdikləri məlumatları, anonim çəkilmiş foto-video görüntüləri Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti ilə dəqiqləşdirsinlər. Hesab edirəm ki, razılaşdırılmış, rəsmi münasibət bildirilmiş məlumatların, foto-videoların çapı KİV ilə DİN-in Mətbuat Xidməti arasında olan işgüzar əlaqələrin inkişafı, eləcə də ictimaiyyət üçün daha faydalı ola bilər. Əminəm ki, hörmətli media nümayəndələri və sosial şəbəkələrdə aktiv olan vətəndaşlarımız mənim bu müraciətimi anlayışla qarşılayacaqlar”.

Oxşar xəbərlər
OTACI