Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiyada koronavirusa yoluxanların sayı 290 000-i ötdü

18 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiyada son bir gündə daha 8 926 nəfərə koronavirus diaqnozu qoyulub.

Press.az xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 290 678 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə 91 nəfər artaraq 2 722-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 70 209 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 3 238.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,8 milyonu ötüb. Bunların 1,8 milyon nəfərdən çoxu sağalıb, 316 mindən çoxu isə ölüb.

Oxşar xəbərlər
OTACI