Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Üzərində narkotik tapılan şəxsin oğurluq etməsi məlum olub

18 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Üzərində narkotik tapılan şəxsin oğurluq etməsi məlum olub

Press.Az xəbər verir ki, DİN Nəqliyyatda Baş Polis İdarəsi (NBPİ) və Sabunçu RPİ 12-ci polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini F.Dövlətov, Pirşağı dəmir yolu stansiyası ərazisində saxlanılıb. 

Şəxsi axtarış zamanı ondan 485 qram  marixuana götürülüb.

Araşdırma zamanı onun, Balaxanı qəsəbəsindəki evdən 1000 manat dəyərində məişət əşyaları oğurlaması məlum olub.

CM-nin 177-ci (oğurluq) və 234-cü (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə cinayət işi başlanılıb.

Oxşar xəbərlər
OTACI