logo
First slide

Tramp ABŞ-da COVID-19-a yoluxma hallarının azaldığını bildirdi

18 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ prezidenti Donald Tramp son zamanlar ölkədə koronavirusa yoluxma hallarının sayının xeyli azaldığını təsdiq edib.

Press.az xəbər verir ki, bu barədə dövlət başçısı sosial şəbəkədə yazıb.

"Bəzi istisnalarla koronavirusa yoluxma hallarının sayı Birləşmiş Ştatların bütün ərazisi üzrə sürətlə enir. Həqiqətən, çox yaxşı xəbərlər!" - Tramp özünün “Twitter”dəki hesabında yazıb.

Con Hopkins Universitetinin son məlumatlarına görə, ABŞ-da koronavirusa 1,486 milyon yoluxma qeydə alınıb, virusdan 89,55 min insan ölüb, 268 mindən çox xəstə sağalıb.

ABŞ əvvəlki kimi dünyada COVID-19-a yoluxma hallarının sayı üzrə birinci yerdədir. Rusiya Federasiyası (demək olar ki, 282 min yoluxma) ikinci yerdə, Böyük Britaniya (demək olar ki, 245 min yoluxma) üçüncü yerdə qərarlaşıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Oxşar xəbərlər