Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürüldü

18 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gündən etibarən Azərbaycanda yaşayan 65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa aradan qaldırılıb.

Press.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 15-də qərar verib.

Belə ki, 18 may 2020-ci il saat 00:00-dan bütün ölkə üzrə 65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülüb.

Bununla belə, 65 yaşdan yuxarı şəxslər COVID-19 virusuna yoluxmada risk qrupuna daxil olduğundan evdən zəruri hallarda çıxmaq tövsiyə edilir. Eyni zamanda qeyd olunub ki, insanların sıx toplaşdığı məkanlarda olmamaq, sosial məsafənin gözlənilməsi, qoruyucu vasitələrdən istifadə zəruridir.

Oxşar xəbərlər
OTACI