Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Fransada bir gündə koronavirusdan 483 nəfər ölüb

17 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Fransada koronavirus qurbanlarının miqdarı 28 mini ötüb.

Press.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd edilir ki, bu, ötən günlə müqayisədə beş dəfə artıqdır. Şənbə günü ölkədə koronavirus qurbanlarının sayının 27 625 nəfər təşkil etdiyi bildirilirdi.

"Martın 1-dən biz COVID-lə bağlı 28 108 ölümə ağlayırıq", - rəsmi məlumatda deyilir. Məlumata görə, ölkənin xəstəxanalarında ümumilikdə 17 466 insan ölüb. Qocalar evlərində 10 642 xəstə dünyasını dəyişib. 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Oxşar xəbərlər
OTACI