Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dünyada koronavirus qurbanlarının sayı 307 mini ötdü

17 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dünyada son gün ərzində koronavirusdan 5 mindən çox ölüm qeydə alınıb.

Press.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, son sutkada COVID-19-a 100 mindən çox yoluxma qeydə alınıb. Bununla da dünyada koronavirus xəstələrinin ümumi sayı 4,5 milyonu ötüb.

Bu halda koronavirus qurbanlarının sayı da 307 mini keçib.

"Rəsmi göstəricilərə görə, dünyada 4 525 497 yoluxma və 307 395 ölüm qeydə alınıb. Bir gün ərzində yoluxma 100 012 təşkil edib, 5 336 nəfər ölüb", - deyə xəbərdə bildirilir. 

Məlumata görə, dünyada koronavirusa yoluxma hallarının sayına görə Şimali və Cənubi Amerika regionu birinci yerdədir. Bu regionda 1 966 932 COVID-19 xəstəsi qeydiyyata alınıb. Virus xəstələrinin sayı bir gündə 57 449 nəfər artıb. Regionda virusdan ölənlərin sayı son sutkada 3 742 nəfər artaraq 118 799-a çatıb.

Avropada virusa yoluxma 1 870 545, ölüm 165 951 təşkil edir. Son 24 saatda köhnə qitədə COVID-19-a yoluxanların sayı 22 100, ölənlər 1 228 nəfər artıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Oxşar xəbərlər
OTACI