Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda küləyin fəsadları: Altı ağac aşdı, bir neçəsinin budağı qırıldı

17 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Güclü külək Bakıda altı ağacı aşırıb.  

Press.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin qaynar xəttindən məlumat verilib.  

Məlumata görə, axşam saatlarından etibarən davam edən güclü külək paytaxtın Yasamal, Sabunçu, Suraxanı rayonları ərazilərində fəsadlar törədib. 

Qaynar xəttə daxil olan müraciət əsasında, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları paytaxtın müvafiq ərazilərinə göndərilib. Ümumilikdə külək Bakıda altı ağacı aşırıb, bir neçə ağacın isə budaqlarının sınmasına səbəb olub.  

Həftəsonu olmasına baxmayaraq, hazırda Birliyin əməkdaşları gücləndirilmiş iş rejimində çalışır. Paytaxt ərazisində külək nəticəsində aşmış və aşma ehtimalı olan ağaclarla bağlı müvafiq tədbirlər görülür. 

 

Oxşar xəbərlər
OTACI