logo
First slide

Arif Quliyev Musiqili Teatra təşəkkür etdi

17 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Məşhur gülüş ustası, Respublikanın Xalq artisti, Prezident təqaüdçusu Arif Quliyev ona göstərilən diqqət və qayğıya görə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının bütün kollektivinə təşəkkürünü bildirib:

​"Hər zaman mənə və sənətimə verdiyi yüksək​ dəyərə görə görkəmli rejissor, gözəl pedaqoq - alim, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevə dərin minnətdarlığımı bildirirəm. Yaradıcılıq fəaliyyətimdə mənə hər zaman stimul verən,​ dayaq olan Əliqismət muəllimin həyatımda, yaradıcılıq fəaliyyətimdə böyük rolu olub.​

Ümumiyyətlə, Akademik Musiqili Teatrın bütün kollektivinə - aparıcı aktyorlarından tutmuş texniki işçilərinə qədər hər birinə mənə olan sevgi və hörmətinə görə təşəkkür edirəm, onların hər birinə uğurlar arzulayıram.

Ürəyim doludur, saatlarla danışaram. Allah belə gözəl insanları bizim teatr aləminə çox görməsin. Allah onları qorusun! Qoy, onlar həmişə bax belə, bütün gözəl və uğurlu işləri ilə hər zaman sənətin zirvəsində olsunlar". - deyə A. Quliyev bildirib.

Oxşar xəbərlər