Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qubada güclü külək binanın damını aşırdı, avtomobillərə ziyan dəydi, işıqlar kəsildi - VİDEO

17 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qubada güclü külək bir sıra fəsadlara səbəb olub.  

Rayonda yaşayış binasının dam örtüyü uçub. Bundan başqa avtomobillərə və elektrik təsərrüfatına da ciddi ziyan dəyib. Hadisə rayonun Fətəlixan ünvanında baş verib. 

Əsən güclü külək buradakı çoxmənzilli yaşayış binasının 500 kvm-lik dam örtüyünü yerindən qoparıb. Dam örütüyü həyətdəki avtomobillərin üstünə düşüb. Maşınlara ciddi ziyan dəyib.  

Küləyin təsirindən hüdürmərtəbəli binanın bəzi mənzillərinin eyvanları da yararsız vəziyyətə düşüb. Bundan başqa, həmin ərazidəki elektrik transformatorunda yanğın baş verib. Hadisə zamanı sakinlərdən kimsə xəsarət almayıb.  

Hazırda rayonda yağışlı hava şəraiti müşahidə olunur. Rayon Fövqaladə Hallar Komissiyası həmin əraziyə baxış keçirib. Yağış sularının mənzillərə daxil olmaması və fəsadların aradan qaldırılması ilə bağlı müvafiq qurumlar tədbirlərə başlayıb. 

Oxşar xəbərlər
OTACI