Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DİN-in xüsusi texnikaları yenidən dezinfeksiya işlərinə qoşuldu - FOTO

16 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə məqsədi ilə Bakı və Sumqayıt şəhərlərində bu gün əlavə gücləndirilmiş dezinfeksiya tədbirləri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Press.az-a verilən məlumata görə, küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə aparılan dezinfeksiya işlərinə Daxili işlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Daxili Qoşunların xüsusi avtonəqliyyat vasitələri də cəlb olunub.

Nazirliyin şəxsi heyəti ölkədə asayişin qorunması və karantin zamanı üzərlərinə düşən əlavə işlərin həyata keçirilməsi ilə yanaşı, paytaxt küçələrinin dezinfeksiya olunması işlərində də yaxından iştirak edirlər.

 

Oxşar xəbərlər
OTACI