Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ramazanda fitrə zəkatı necə çıxarılmalıdır?

16 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Ramazan ayında adambaşına fitrə zəkatı kimi iki kiloqram buğda, arpa, düyü, kişmiş və s. ərzaqların dəyəri qədər məbləğ ayırılmalıdır".

Bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli deyib.

Onun sözlərinə görə, məbləğ bazar qiymətləri ilə tənzimlənir:

“Amma QMİ bu məbləği şərti olaraq 10-15 manat müəyyən edib. Bu məbləğ az və ya çox da ola bilər. İnsanların imkanına baxır. Bu məbləğ ailədəki şəxslərin hər biri üçün ayrı çıxarılmalıdır. Fitrə zəkatını bayram namazına kimi hər bir insan özü ehtiyacı olan və yoxsullara çatdırmalıdır”.

Qeyd edək ki, QMİ-nin fətvasına əsasən, Ramazan bayramı Şəvval ayının 1-i, Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 24-nə təsadüf edəcək. 

Report

Oxşar xəbərlər
OTACI