Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İsveçdə daha bir azərbaycanlı koronavirusdan vəfat edib - FOTO

16 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan vətəndaşı, 1961-ci il təvəllüdlü Hüseynov Məhərrəm Ağamirzə oğlu İsveç Krallığında koronavirusdan (COVID-19) vəfat edib.

Bunu İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü Nadir Hollenbrand bildirib.

Əslən Neftçala rayonundan olan M.Hüseynov Stokholmda ötən gecə xəstəxanada vəfat edib. Ailəsi mərhumun Azərbaycana gətirilərək Vətəndə dəfn olunmasını istəyir. 

N.Hollenbrand qeyd edib ki, İsveçdə daha bir 47 yaşlı azərbaycanlı koronavirus diaqnozu ilə xəstəxanada yatır.

Xatırladaq ki, İsveçin paytaxtı Stokholm şəhərində yaşayan 22 yaşlı azərbaycanlı gənc aprelin sonunda koronavirus pandemiyasından vəfat edib.

Report

Oxşar xəbərlər
OTACI