Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İranda daha 1 757 nəfər koronavirusa yoluxdu, 35 nəfər öldü

16 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İranda ötən sutka ərzində daha 1 757 nəfər koronavirusa (COVID-19) yoluxub.

Press.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, bununla da İranda virusa yoluxanların sayı 118 392 nəfərə yüksəlib. Onlardan 2 716 nəfərin vəziyyəti ağırdır.

Cahanpur əlavə edib ki, ötən 24 saat ərzində daha 35 nəfərin ölməsi ilə İranda bu virusdan ölənlərin sayı 6 937 nəfərə çatıb.

Nazirlik rəsmisi İranda indiyədək 93 147 nəfərin koronavirusdan sağaldığını deyib.

İranda koronavirusun diaqnozu ilə əlaqədar 672 mindən çox test həyata keçirilib.

Oxşar xəbərlər
OTACI