logo
First slide

La Liqanın 2 klubuna şok ittiham

16 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

La Liqanın ikinci təmsilçisi – “Hetafe” və “Vilyarreal” danışılmış oyunlarda şübhəli bilinirlər.

Press.az xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, polis 2019-cu ildə bu komandalar arasında 2:2 hesabı ilə yekunlaşan matçla bağlı araşdırmaya başlayıb. Məqsəd qarşılaşmaya əvvəlcədən danışılmış formada pul qoyuluşu edən cinayətkar dəstəni üzə çıxarmaqdır.
 
Jurnalistlər keçmiş futbolçular Karlos Aranda ilə Pako Estebanın danışıqlarının yazısını ələ keçiriblər. Orada “Hetafe”nin hücumçusu Xorxe Molinanın adı hallandırılır. Aranda Estebana Molina ilə danışmağı və oyunun dəqiq hesabı ilə bağlı müzakirə aparmağı təklif edir. Ehtimal edilir ki, bundan sonra hər iki komandanın bəzi futbolçuları ilə gizli sövdələşmələrə gedilib və onlara 2 milyon avro ödənilib.

Klublar isə bu iddiaları təkzib edib. “Hetafe” Molinaya dəstəyini ifadə edib, “Vilyarreal”ın isə qəzeti məhkəməyə vermək barədə düşündüyü bildirilir.

Oxşar xəbərlər