Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu gün Azərbaycanda futbol mövsümü başa çatacaqdı...

16 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Koronavirus pandemiyasına görə, martın 8-dən sonra dayandırılan Azərbaycanda futbol mövsümü bu gün başa çatmalı idi.

Press.az xatırladır ki, göstərilən tarixdən sonra Azərbaycan Premyer Liqası 21-ci turdan başlayaraq bir neçə dəfə təxirə salınıb, sonra isə, ümumiyyətlə, qeyri-müəyyən müddətə dayandırılıb. Amma əgər hər şey təbii axarı ilə getsə idi, mayın 10-da çempionatımızda sonuncu – 28-ci tura eyni gündə keçiriləcək 4 oyunla yekun vurulacaqdı.

Bu gün isə Azərbaycan kubokunun final matçı keçirilməli, bununla da ölkədə 2019/10 mövsümü başa çatmalı idi.

Xatırladaq ki, kubok oyunları yarımfinal mərhələsindən dayandırılıb. Bu mərhələdə "Qəbələ" – "Zirə" və "Sumqayıt" – "Qarabağ" cütlükləri var.

Koronavirus pandemiyasına görə ölkədə tətbiq olunan karantin rejimi bəzi sahələrdə yumşaldılsa da, bu, idman oyunları tətbiq edilməyib. Bu səbəbdən futbol mövsümünün nə vaxt bərpa olunacağı qeyri-müəyyən olaraq qalır.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI