Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bundesliqa qayıdır - Bu gün 6 oyun var

16 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Koronavirus pandemiyasına görə dayandırılmış Almaniya birinci və ikinci bundesliqası 2 aylıq fasilədən sonra bu gün davam etdiriləcək.

Press.az xəbər verir ki, birinci bundesliqada oyunlar 26-cı turdan bərpa olunur. Bu gün 6, sabah 2, mayın 18-də isə 1 oyun keçiriləcək. Oyunlar azarkeşlərin iştirakı olmadan təşkil ediləcək. 

Əlavə edək ki, "böyük beşlik" liqalarından çempionatı ilk bərpa edən Almaniya olur.  

16 may

17.30. “Leyptsiq” – “Frayburq”
17.30. “Auqsburq” – “Volfsburq”
17.30. “Hoffenhaym” – “Herta”
17.30. “Fortuna” – “Paderborn”
17.30. “Borussiya” (D) – “Şalke”
20.30. “Ayntraxt” – “Borussiya” (M)

17 may

17.30. “Köln” – “Mainz”
20.00. “Union Berlin” – “Bavariya”

18 may

22.30. “Verder” – “Bayer”

25 turdan sonra “Bavariya” 55 xalla birinci, “Borussiya” Dortmund 51 xalla ikinci, “Leyptsiq” 50 xalla üçüncü yeri tutur.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI