Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İlham Əliyev: "Bizim enerji infrastrukturunun müasirləşdirilməsi ilə bağlı böyük planımız var"

15 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Hesab edirəm ki, yeni əməkdaşlıq formatımızın strukturu rəsmi müəyyən edildikdən sonra bizim qısamüddətli icra planımız olmalıdır, çünki bizim bu məsələlərə ciddi ehtiyacımız var. Müasir dünyada təhlükəsizlik bir nömrəli məsələdir və buraya enerji təhlükəsizliyi də daxildir. Bu səbəbdən kiberhücumlara qarşı müdafiənin bizim üçün əhəmiyyəti daha da artacaq". 

Press.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev CISCO şirkətinin rəhbərləri ilə videokonfransda deyib.

Dövlət başçısı bildirib: "Bu yaxınlarda, pandemiya vaxtı mən “Azərenerji”nin əməliyyat mərkəzinin açılışında iştirak etdim və burada SCADA sistemi daxil olmaqla bütün əməliyyat sistemləri çalışır. Bizim enerji infrastrukturunun müasirləşdirilməsi ilə bağlı böyük planımız var. Mövcud elektrik stansiyalarında yenidənqurma və təmir işləri aparmaqla biz elektrik enerjisi istehsalında ən azı 600 meqavatlıq artım əldə edə bilmişik. Yəni, yalniz resursların optimallaşdırılması sayəsində biz səmərəliliyi artıraraq böyük generasiya gücü əldə etmişik. Beləliklə, bu, əlbəttə, bizim üçün prioritet təşkil edən məsələ olacaq".

Oxşar xəbərlər
OTACI