logo
First slide

Dövlət başçısı: "Qeyri-enerji sənayesində 13 faizdən artıq artım olub"

15 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Kibertəhlükəsizliklə bağlı məsələyə gəldikdə, biz bunu, həmçinin əvvəllər müzakirə etmişik. Əvvəlcə müzakirə etdiyimiz kimi və mən də qeyd etdiyim kimi, həmin yeni islahatlar gündəliyində əsas məqsəd ümumi daxili məhsulu artırmaq, iş yerlərini açmaq və bunun üçün innovativ texnologiyalardan istifadə etməkdən ibarətdir".

Press.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev CISCO şirkətinin rəhbərləri ilə videokonfransda deyib.

Dövlət başçısı bildirib: "Hazırkı koronavirus şəraitində, əvvəlcə qeyd etdiyim kimi, bu məsələlər daha da vacibdir. Çünki demək olar ki, bütün ölkələrin ümumi daxili məhsulu zərbə altındadır. Bununla belə, bu ilin dörd ayında bizdə ümumi daxili məhsulun artımı 0.2 faiz səviyyəsində olub. Lakin anlayırıq ki, növbəti ay çox güman bu göstərici də aşağı düşəcək. Sənaye sektorunda vəziyyət daha yaxşıdır. Bizim qeyri-enerji sənayesində 13 faizdən artıq artım olub. Lakin, əlbəttə, koronavirus ümumi daxili məhsula və iş yerlərinə zərbə vurur, çünki biz, təbii ki, işsizliyin artmasını hesablayacağıq. Amma onun qarşısını almaq üçün 2 milyard avro həcmində çox ciddi iqtisadi və sosial paketi işə salmışıq. İqtisadiyyatın hazırda tam bağlandığı sahələrdə işlərini itirmiş insanları qorumaq üçün bunu edirik. Məsələn, turizm. O, indi sıfır səviyyəsindədir. Bir sözlə, bu məsələlər hazırda daha çox əhəmiyyət kəsb edir. Hesab edirəm ki, biz diqqətimizi onun üzərinə yönəldəyəcəyik"

Oxşar xəbərlər