Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda koronavirusa yoluxmanın ən çox olduğu rayon açıqlandı - RƏSMİ

15 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda koronavirusa yoluxma ilə bağlı rayonların statistikası açıqlanıb.

Press.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sazlərinə görə, Bakı şəhərində yoluxma 47,8 faiz təşkil edir:

“Gəncə-Qazax bölgəsində yoluxma 13 faiz, Aran zonasında yoluxma 10,3 faiz, Lənkəran zonasında 10,2 faiz aşkarlanıb. Digər ərazilərdə isə yoluxma faizi beşdən aşağıdır”.

Sədr qeyd edib k, xaricdən idxal olunan yoluxma halı 7,7 faiz təşkil edir:

“Bakı şəhərinin Yasamal rayonunda yoluxma 17 faiz, Nəsimi rayonunda 15,8 faiz, Sabunçu rayonunda 14 faiz, Binəqədi rayonunda 10,5 faiz, Qaradağ rayonunda 9,5 faiz, Nərimanov rayonunda 9,4 faiz olub. Bakı şəhərinin digər rayonlarında yoluxma 8 faizdən aşağıdır”.

Oxşar xəbərlər
OTACI