Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gəncədə epidemiyanın yayılmasının qarşısı müəyyən qədər alınıb - TƏBİB sədrindən AÇIQLAMA

15 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gəncə şəhərində aparılan əksepidemik tədbirlər nəticəsində epidemiyanın yayılmasının qarşısını müəyyən qədər almaq mümkün olub. Amma bu tədbirlər davam etdirilməlidir.

Press.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, hər gün aparılan təhlillərə əsasən, karantin tədbirlərinin yumşaldılması və ya sərtləşdirilməsi barədə qərarlar qəbul edilir.

R.Bayramlı qeyd edib ki, ölkədə pandemiya ilə mübarizənin birinci mərhələsi ilk yoluxma faktının aşkarlanması ilə başlayıb: “Hazırda biz pandemiya ilə mübarizənin ikinci mərhələsindəyik. Aprelin 27-dən bəzi yumşaldılma tədbirlərinə başlanılıb. Təəssüflər olsun ki, bəzi ərazilərdə qaydalara məsuliyyətlə yanaşılmır. Artıq Yevlax rayonunda da 64 sakində koronavirus aşkarlanıb. Bu rayonda da ciddi epidemioloji tədbirlərin görülməsinə ehtiyac var. Lənkəran da narıncı zonada qalır”.

Oxşar xəbərlər
OTACI