Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İspaniyada koronavirusa yoluxanların sayı 230 000-i ötdü

15 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İspaniyada ötən sutka ərzində daha 138 nəfər koronavirusdan ölüb.

Press.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bununla da krallıqda pandemiya qurbanlarının sayı 27 459-a çatıb.

Ölkədə koronavirusa yoluxanların sayı isə daha 549 nəfər artaraq 230 183-ə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,5 milyonu ötüb. Bunların 1,7 milyon nəfərdən çoxu sağalıb, 303 mindən çoxu isə ölüb.

Oxşar xəbərlər
OTACI