Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Hər şey indiki kimi olsa, avrokuboklar avqustda başa çatdırılacaq" - Çeferin

15 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Avropakuboklarda mövsümün başa çatdırılması üçün konkret planımız var. Düşünürəm ki, əksər ölkələrdə mövsüm başa çatdırılacaq".

Press.az xəbər verir ki, bu sözləri UEFA prezidenti Aleksander Çeferin "beIN Sports"a açıqlamasında söyləyib.

O, bildirib ki, artıq assosiasialara milli çempionatların tamamlanması ilə bağlı təzyiq edilməyəcək: "Bu, onların öz qərarlarıdır. UEFA İcraiyyə Komitəsi tarixləri təsdiqləyənə qədər gözləməliyik. Amma deyə bilərəm ki, hər şey indiki kimi olsa, avrokubok mövsümü avqustda başa çatdırılacaq. Yerli liqalar ayrı məsələdir və necə hərəkət edəcəklərinə özləri qərar verəcəklər. Əvvəllər dediyim kimi, onların 80 faizinin mövsümü başa vuracağına inanıram".

Qrum rəhbəri Çempionlar Liqası və Avroliqanın 2020/2021 mövsümünün əvvəlki kimi qalacağını söyləyib: "Təqvim çox sıx  olsa da, dəyişiklik etməyə yerimiz yoxdur. Təqvim əvvəlki kimi qalacaq. Ola bilsin, tarixlərdə bir-iki günlük fərq olsun".

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI