Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakının daha bir küçəsində yol hərəkəti təkmilləşdirilib

15 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Paytaxt ərazisində yol hərəkətinin təkmilləşdirilməsi, nəqliyyat şəraitinin yaxşılaşdırılması, piyada təhlükəsizliyinin təmin olunması istiqamətində növbəti tədbirlər Xətai rayonu, İnqilab İsmayılov küçəsində həyata keçirilib. 

Bu barədə Press.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. 

Məlumatda deyilir ki, əvvəlcədən hazırlanmış layihəyə əsasən sözügedən küçədə səkilər inşa edilib, yolun hərəkət koridoru hər istiqamət üzrə 1 hərəkət zolağı olaraq layihələndirilməklə yolda yaranan ensiz boğazlar (butulka effekti) aradan qaldırılıb.

Bunda əlavə nəqliyyat axınına maneə yaratmayacaq formada yeni “cib” tipli parklanma yerləri təşkil edilib, kəsişmələrdə və piyada keçidlərindən səki çıxıntıları inşa edilməklə keçidlər daha təhlükəsiz hala gətirilib və avtobus dayanacaq məntəqələrinin yeri dəyişdirilməklə çarpaz formada yerləşdirilib.

Oxşar xəbərlər
OTACI